İqtisadiyyat
BP neft hasilatını azaltmağa hazırdır
A
BP neft hasilatını azaltmağa hazırdır
08:16 26.01.2017
Britaniyanın BP neft-qaz şirkəti OPEK-in Vyana razılaşmasında iştirak edən ölkələrdə neft hasilatını azaltmağa hazırdır, əgər bunu requlyatorlar özləri tələb edərlərsə.

Bunu BP-nin rəhbəri Robert Dadli deyib.

Onun sözlərinə görə, şirkət bu məsələni müstəq həll etmir. Bekə ki, bu məsələ BP-nin neft hasilatı ilə məşğul olduğu ölkələrin requlyatorlarının səlahiyyətinə daxildir.

Dadli deyib: "Bizim hazırda Əbu-Dabidə istehsalımız var və bu məsələni istehsala heç bir təsiri olmayacaq. Azərbaycan bu gün hasilatda bəzi azaltmalar aparacağını bəyan edib. Biz şirkət olaraq bu cür qərarlar qəbul etmirik. Bu, requlyatorun - həmin ölkənin işidir".

Baxılıb: 20736