Siyasət
Vladimir Putin: “Mən Trampla tanış deyiləm”
A
Vladimir Putin: “Mən Trampla tanış deyiləm”
09:49 18.01.2017
 “ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiyadan sonra atacağı addımlardan mən, hələ ki, xəbərsizəm”. 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.    
 
“Mən cənab Trampla tanış deyiləm, onun xarici siyasət meydanında nə edəcəyindən xəbərsizəm”, - deyə Putin bildirib.    
 
Rusiya prezidenti əlavə edib ki, Trampın ətrafında qalmaqalların yaradılmasına baxmayaraq, Moskva-Vaşinqton münasibətlərinin bərpa olunmasına ümid edir. 

Baxılıb: 7186