İqtisadiyyat
Neftin qiyməti düşür, qızıl bahalaşır
A
Neftin qiyməti düşür, qızıl bahalaşır
09:59 10.01.2017
Ötən gün dünya birjalarında müşahidə edilən cüzi bahalaşmadan sonra neft yenidən ucuzlaşmağa başlayıb. 

"Bloomberg" xəbər verir ki, dünya birjalarında "Brent" markalı neftin qiyməti bir qədər ucuzlaşaraq 55.03 dollar müəyyənləşib. "Texas" neftinin qiymətində də cüzi ucuzlaşma olub. "Texas" neftinin qiyməti 52.05 dollar olub. 

Ən son məlumatlara görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,92 dollar bahalaşaraq 57,20 dollar təşkil edib.

Baxılıb: 20132