Aktual
Ömrünü kənd təsərrüfatına həsr edən alim - Əsəd Musayev 79
A
Ömrünü kənd təsərrüfatına həsr edən alim - Əsəd Musayev 79
08:52 09.01.2017
Bu gün Azərbaycanda aqrar elmin parlaq simalarından olan, kənd təsərrüfatının inkişaf etdirilməsi işinə töhfələr vermiş Əsəd Cənnət oğlu Musayevin anadan olduğu gündür.  

O, 1938-ci il yanvarın 8-də anadan olub. 1957-ci ildə İrəvan kənd təsərrüfatı texnikumunu fərqlənmə diplomu ilə bitirmiş, 1962-ci ildə Gəncə şəhərində Kənd Təsərrüfatı İnstitutun aqronom ixtisasına yiyələnmişdir.

1964-cü ildən indiyədək Elmi-Tədqiqat Əkinçilik İnistitutunda aspirant, elmi işçi, Tərtər Təcrübə Stansiyasında direktor, Əkinçilik ET İnistitutunda Seleksiya şöbəsinin müdiri, direktor müavini, inistitutun direktoru və 2000-ci ildən paralel  olaraq, Aqrar Elm Mərkəzinin Baş direktoru vəzifəsində işləyib.Aqrar elmləri üzrə fəlsəfə doktorudur. 150-dək elmi məqalə və tövsiyənin, 15 yumşaq buğda və 10 bərk buğda sortunun müəllifidir.

Bərk buğda sortlarının yaradılmasındakı fəaliyyətinə və tətbiqinə görə bürünc, gümüş və qızıl medallarla təltif olunub. “Şərəf nişanı” ordeni alim, Əməkdar kənd təsərrüfatı işçisi kimi fəxri adın da sahibidir. 

Ə.Musayev Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri elmi-tədqiqat kənd təsərrüfatı inistitutları assosiasiyasının sədridir. Hazırda Əkinçilik Eımi-Tədqiqat İnstitutunun Bitki seleksiyası şöbəsinin müdiridir.

Bu gün Ə.Müsayevin 79 yaşı tamam olur. Bu münasibətlə Əsəd müəllimi təbrik edirik, ona can sağlığı uzun ömür arzulayırıq. 
Baxılıb: 13677