Şou
Röya: "Emin Ağalarovu başa düşürəm" - 100 min məsələsi böyüyür
A
00:01 05.12.2014


"AzerFax"
xəbər verir ki, axsham.az-ın yaydığı məlumata görə, məşhur «World Music Awards» mükafatından bəhs edən Röya bundan yeni xəbər tutduğunu deyib. :

“Müsabiqədə mənimlə birlikdə Emin Ağalarov da iştirak edir. Buna görə çox xoşbəxtəm. Mükafat üçün 200 min vermişəm, qadan alım. Təbii ki, bu, zarafatdır. Mükafatlandırmaya salınmağımdan xəbərim olmayıb. İnsanlar məni təbrik edəndə təəccübləndim ki, kim edib bunu? Heç vaxt belə bir hal ağlıma gəlməyib. Iddialı qadın deyiləm. Əgər ağlıma gəlsəydi və iddialı olsaydım, edərdim. Sənətdə iddialıyam. Bu cür mükafatlarda isə yox. O pulu verib yaxınlarımla suşi yeyərəm. Ordan aldığım zövq daha önəmlidir, nəinki mükafatdan. İngilis dilini bilmirəm. Xəbərim olsaydı, heç olmasa gedib ingilis dilində mahnı oxuyardım”.

Röya müsabiqəyə daxil olan mahnısının adını da ilk dəfə canlı efirdə öyrənib. “Deyəsən, "Gəmiçilər” mahnısıdır deyən sənətçiyə “Ona nə var ki...”  olduğunu bildiriblər. 

“Nə vaxt gedirsən” sualına isə Röya “Axı, mən yüz min verməmişəm, necə gedim? Ayın neçəsindədir, bilmirəm" deyə cavab verib. 

Röya qalib gələcəyinə inanmadığını da deyib:

“Real danışsaq qalib gəlmək yoxdur. Sadəcə musiqim salınıb. Burada dövlətin inkişafı rol oynayıb. Mən nə ingilis dilində mahnı oxumuşam, nə də başqa şey. Emin Ağalarovu başa düşürəm. Röya ömründə yüz min avro verməz. Deyər əvəzinə verərlər. Ağılsızdır ki, versin? Nədi-nədi bir əşya verəcəklər? Kim deyib yüz min avronu? Onlara demək istəyirəm ki, hündürdaban geyinin, bəlkə sizi gördüm. Bu mənim uğurum deyil. İki-üç ildir ey bahalı klip çəkdirirəm. Efirə gəlməyə də utanırdım. Murad Arifin səhifəsindən xəbəri gördüm. Sonra insanlar yazırdı, utanırdım“.

Qeyd edək ki, mükafatlandırma mərasimi mayın 27-də Monakoda baş tutacaq.

Baxılıb: 1005