Hadisə
Rusiyaya məxsus təyyarə qəzaya uğradı - 92 nəfər həlak oldu (YENİLƏNİB)
A
Rusiyaya məxsus təyyarə qəzaya uğradı - 92 nəfər həlak oldu (YENİLƏNİB)
13:30 25.12.2016
Təyyarənin qəzaya uğradığı yerdə xilasedicilər tərəfindən 5 nəfərin meyiti aşkarlanıb.

"RİA Novosti"nin yaydığı məlumata görə, axtarışlar davam edir.

X X X

11:23

Qəzanın araşdırmaları nəticəsində 1 nəfərin cəsədi aşkarlanıb.

Bunu Rusiyanın müdafiyə nazirliyininin rəsmi nümayəndəsi deyib.

Onun sözlərinə görə, təyyarənin göyərtəsində 92 nəfər olub.

X X X

10:30

İtkin düşən TU-154 təyyarəsi Qara dənizə düşüb.

Sahildən 1,5 km aralıda təyyarənin hissələri tapılıb

X X X

09:52

Rusiyanın müdafiə nazirliyinə məxsus təyyarə Krasnodar vilayətinin dağlıq hissəsində qəzaya uğrayıb.

Bunu güc strukturların nümayəndəsi ilkin məlumat olaraq deyib.

X X X

08:34

Rusiyanın müdafiə nazirliyinə məxsus Tu-154 təyyarəsi radarlardan itib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, təyyarənin göyərtəsində 70-ə yaxın adam olub.

Bildirilir ki, təyyarə Rusiyanın Soçi şəhərindən Suriyaya yola düşmüşdür.

Baxılıb: 8051