İqtisadiyyat
Dollar bir qədər də bahalaşdı- RƏSMİ MƏZƏNNƏ
A
Dollar bir qədər də bahalaşdı- RƏSMİ MƏZƏNNƏ
10:00 16.12.2016
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. 

Bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 15-i ilə müqayisədə 0,3% möhkəmlənərək 1,7525 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,5% zəifləyərək 1,8277 manat olub.

Rusiyanın milli valyutası rubl stabil qalaraq 0,0284 manat səviyyəsində qalıb.

Türkiyə lirəsinin məzənnəsi 0,8% möhkəmlənərək 0,4983 manat təşkil edib.

1 ingilis funt sterlinqi 2,1765 manatdır. Beləliklə, funt sterlinqin 0,7%-lik ucuzlaşma baş verib.

Gürcüstan larisinin məzənnəsi isə 0,5% geriləyərək 0,6539 manat olub.

Baxılıb: 32889