Hadisə
FHN itkin düşmüş neftçilərin axtarışına helikopter cəlb edib
A
FHN itkin düşmüş neftçilərin axtarışına helikopter cəlb edib
13:16 15.12.2016
Fövqəladə Hallar Nazirliyi (FHN) dənizdə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərin axtarışına helikopter cəlb edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 15-də səhər saat 05 radələrində Xəzər dənizində əsən güclü külək nəticəsində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qazçıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində itkin düsmüş neftçilərin dərhal axtarışına baslanıb.

Axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin “Vixr-5” və “Vixr-8” gəmiləri, nazirliyin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin “Svetlomor-2” gəmisi, həmçinin çətin hava şəraitinə baxmayaraq FHN-in Aviasiya dəstəsinin bir helikopteri cəlb olunub.

Baxılıb: 35307