İqtisadiyyat
Azərbaycanda qeyri-neft sənayesində 7,4 faiz artım proqnozlaşdırılır
A
Azərbaycanda qeyri-neft sənayesində 7,4 faiz artım proqnozlaşdırılır
08:30 01.12.2016
2017-2020-ci illərdə Azərbaycanda qeyri-neft sənayesində orta illik artımın 7,4 faiz olacağı gözlənilir.

AZƏRFAKS xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisdə 2017-ci il dövlət büdcəsi layihəsinin müzakirəsində deyib.

Onun sözlərinə görə, aqrarsənaye komplekslərində gələn il istehsalın 4,9 faiz artacağı proqnozlaşdırılır. Xidmət sahələrində isə artım proqnozu gələn il üçün 2,2, növbəti dörd il üçün isə 7,4 faizdir.

Baxılıb: 10719