Dövlət Komitəsinin səlahiyyətləri artırılıb - Fərman
A
Dövlət Komitəsinin səlahiyyətləri artırılıb - Fərman
22:20 23.11.2016
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda bildirilir  ki, “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”yə 9.4-1-ci bənd əlavə edilsin.
 
Beləliklə, bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaşıllıqların bərpası üçün ərazilərin ayrılmasına rəy vermək hüququna malik olacaq.


Baxılıb: 10670