Sosial
Bakı yollarında son vəziyyət - Buz bağlayan və tıxaclı yolların SİYAHISI
A
Bakı yollarında son vəziyyət - Buz bağlayan və tıxaclı yolların SİYAHISI
09:35 23.11.2016
Ötən gecədən başlayaraq və hazırda da müşahidə edilən soyuq və şaxtalı hava şəraiti səbəbindən bu səhər paytaxtın bəzi küçə və prospektlərində yolun hərəkət hissəsi buz bağlayıb. Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Buna görə də hazırda Böyükşor qovşağından 20 yanvar dairəsi istiqamətində xüsusən də, Ziya Bünyadov prospektində yerləşən körpülərdə və tunellərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var.

Yolların buz bağlaması səbəbindən analoji vəziyyət Şərifzadə küçəsində də müşahidə edilir. Bununla yanaşı, 20 yanvar dairəsi Tbilisi prospekti şəhər istiqamətində, Yusif Səfərov küçəsi şəhər istiqamətində və Babək prospekti şəhər istiqamətində də avtomobillərin hərəkətində sıxlıq var.

Diqqətinizə çatdırırıq ki, BNA müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə yollarda avtonəqliyyat vasitələrinin intensiv və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün təxirə salınmaz tədbirlər görür.

Baxılıb: 6149