İqtisadiyyat
Türkiyə Azərbaycandan qaz idxalını artırır
A
Türkiyə Azərbaycandan qaz idxalını artırır
08:26 22.11.2016
Türkiyənin BOTAŞ dövlət boru kəməri şirkəti bu ilin sonunadək Azərbaycandan 6,5 milyard kubmetr qaz idxal etməyi planlaşdırır.

Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, 2015-ci ildə Türkiyə Azərbaycandan 6,17 milyard kubmetr qaz idxal etmişdi. Bununla da BOTAŞ Azərbaycandan qaz idxalını 5,4 faiz artırmış olacaq.

Baxılıb: 8204