İqtisadiyyat
Gəncədə daha bir istehsal kompleksi yaradılır - Belarusla birgə layihə
A
Gəncədə daha bir istehsal kompleksi yaradılır - Belarusla birgə layihə
09:29 17.11.2016
Azərbaycan və Belarus Gəncədə süd məhsulları kompleksinin yaradılması ilə bağlı birgə layihənin reallaşdırılmasında razılığa gəliblər.

Bunu Belarusun Azərbaycandakı keçmiş səfiri, Gəncə avtomobil zavodunun Belarusdakı nümayəndəsi Nikolay Patskeviç deyib.

Onun sözlərinə görə, Azərbaycanla Belarus arasında danışıqlar aparılıb: "Danışıqlar çərçivəsində tərəflər bu layihənin bütün detallarını hazırlamaq üçün işçi qrupun yaradılmasını razılşadırıblar. Eləcə də, kənd təsərrüfatı məhsullarının qarşılıqlı ticarəti sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub".

Xatırladaq ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Belarusda işgüzar səfərdədir.

Səfər çərçivəsində nümayəndə heyəti Qomel şəhərinin icra komitəsinin sədri Pyotr Kriçenko ilə də görüşüblər.Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin  başçısı E.Vəliyev Gəncənin Qomel şəhərinin yeyinti-sənaye müəssisələri, maşınqayırma və kənd təsərrüfatı sektoru ilə müştərək müəssisələr yaratmaqda maraqlı olduğunu nəzərə çatdırıb.

E.Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qomel şəhərindəki bir sıra süd və süd məhsulları kombinatları ilə tanış olub. Bu tipli kombinatların Gəncə şəhərində inşa olunması məsələləri ətraflı müzakirə aparılıb. 

Baxılıb: 2989