Sosial
Məişət zorakılığı ilə mübarizənin yolları - Şabranla müzakirələr + Fotolar
A
Məişət zorakılığı ilə mübarizənin  yolları - Şabranla müzakirələr + Fotolar
06:30 18.10.2016
“Məişət zorakılığına qarşı mübarizə təşəbbüslərinə dəstək” layihəsini həyata kecirən Azərbaycan Milli İnkişaf Layihəsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında  QHT-lərə Dövlət Dəstəyi Şurasına maliyyə yardımı ilə hazırladığı sənədli filminin növbəti təqdimatını kecirib.

Şabran rayonunda kecirilən tədbirdə layihənin  məişət zorakılığının bütün formalarına qarşı mübarizəni özündə ehtiva edən otuz dəqiqəlik sənədli filmi iştirakcılara təqdim edildi.Tədbirdə cıxış edən “Azərbaycan Milli İnkişaf Layihəsi” ictimai birliyinin idarə heyətinin sədr müavini Lütfi  Şahverdiyev bildirdi ki, məişət zorakılığının müxtəlif növlərinə qarşı aparılan mübarizəyə dəstək vermək, ölkə qanunvericiliyi, həmçinin suveren respublikamızın tərəfdar çıxdığı beynəlxalq konvensiyaların önə sürdüyü öhdəliklərin icrasını öyrənmək və cəmiyyətdə lazımi təşviqat işini aparılması günümüzün vacib məsələlərindən biridir.Layihənin məqsədinin məişət zorakılığının bütün formalarının aradan qaldırılması istiqamətində tədbirlərin təşkili, o cümlədən ölkəmizin tərəfdar çıxdığı ana və uşaq haqqında beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərin icrasının öyrənilməsi və müxtəlif video-roliklər vasitəsi ilə cəmiyyətə çatdırılmasıdır. 

Daha sonra çıxış edən Layihə üzrə koordinator Həsən İsgəndər çıxış edərək bildirdi ki, məişət zorakılığının bir çox formaları və səbəbləri müəyyən olunmuşdur. Qız övladların təhsildən yayındırılması, ailədə onlara qeyri-rasional münasibət, erkən nikaha cəlb olunma, psixoloji təzyiqlər, fiziki zorakılığın müxtəlif formaları, cinsi istismar və bu kimi digər amillər hər biri xüsusi araşdırma və mübarizə tədbirlərinin həyata keçirilməsini tələb edir.Layihə koordinatoru daha sonra qızların təhsildən yayındırılmasının  ən önəmli problemlərdən olduğunu bildirərək  qeyd etdi ki,  əksəriyyəti bölgələrdə olmaqla, bir çox valideynlər qız övladlarını ibtidai təhsildən və ya natamam orta təhsil müddətindən sonra məktəbə göndərməkdən imtina edirlər. Bəzi hallarda onların məktəblərdə sadəcə adları getsə də özləri gündəlik məşğələlərdə iştirak etmirlər. Bu tip hallara əsasən respublikamızın şimal və cənub bölgələrində rast gəlinir. Təhsildən yayındırma eyni zamanda erkən nikah problemini də meydana çıxarır. Sadalanları nəzərə alaraq Həsən İMsgəndər əminliklə bildirdi ki, məhz bu istiqamətdə fəaliyyətin cəmiyyətimizdə öz bəhrəsni verəcək. 

Tədbir çərçivəsində ictimaiyyət nümayəndələri ilə fikir mübadiləsi aparıldı.

Baxılıb: 9262