Şou
Faiq Ağayevdən İlqarəyə dəstək
A
00:01 05.12.2014
"AzerFax" xəbər verir ki, Qafqazinfo - ya açıqlamasında xalq artisti İlqarəni çox sevdiyini və ona uğurlar arzuladığını bildirib: 

 

 “İlqarə mənim balamdır, onu çox istəyirəm. Ona bir az çətindir, onu hər zaman anası ilə, sənətkarla müqayisə edəcəklər. Ümidvaram ki, o bu çətinkliyə dözəcək, keyfiyyətli iş təqdim edəcək. Anası da, dayısı da onunla qürur duyacaq. İddialıdır, çox xoşuma gəlir. Genetik olaraq istedadlıdır. Ona uğurlar, mahnısını yazsın, klipini çəksin qalanlarına baş qoşmasın”.

Faiq Ağayev daha sonra yeni yaradıcılıq işlərindən söhbət açıb: 

“İki yeni mahnı üzərində çalışıram. Yaşar baxış mənə yeni mahnımın aranjemanını verib, səs yazılması qalıb. Bunlarla yay aylarında məşğul olacam. İndi aktiv sezon bitib. Mahnılarımı sentyabrda təqdim edəcəm. Klip çəkdirməyi hələ düşünmürəm, inşallah qış fəslində nəzərdə tutmuşam. Konsert proqramı ilə isə ilin sonunda çıxış edəcəm”.

Baxılıb: 832