İdman
"Neftçi" səfərdə Malta klubuna qalib gəldi - Avropa Liqası
A
22:40 30.06.2016
Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunlarına yükun vurulacaq.

Təmsilçilərimizdən “Neftçi” də yeni mövsümdə ilk oyununa çıxıb.

Vəli Qasımovun komandası səfərdə Maltanın “Baltsan” klubu ilə qarşılaşıb. 

Görüş "Neftçi"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.


30 iyun 

Avropa Liqası

I təsnifat mərhələsinin ilk oyunları

20:00. "Baltsan" (Malta) - "Neftçi" (Azərbaycan) - 0:2 
Qollar: Rəhman Hacıyev, 15, Ruslan Qurbanov, 83-pen.
Baş hakim: Yovan Kaludyeroviç
Hakimlər: Daniel Deviç, Vladan Todoroviç
Dördüncü hakim: Mileta Şçepanoviç (hamısı Monteneqro)
Paolo. "Hibernian" stadionu

Qol.az

Baxılıb: 7036