İdman
İngiltərə yığmasının baş məşqçisi istefa verib - "Günah məndədir"
A
İngiltərə yığmasının baş məşqçisi istefa verib -
07:24 28.06.2016
“Avro-2016”nın 1/8 final mərhələsində gözlənilmədən İslandiyaya məğlub olan İngiltərə millisinin baş məşqçisi Roy Hocson vəzifəsindən istefa verib.

Xarici KİV-lərin yaydığı xəbərə görə, 68 yaşlı mütəxəssis komandasının uğursuzluğunda özünü günahkar hesab edib.

“Çox məyus oldum. Çempionatı belə erkən tərk etmək yolverilməzdir. Bunların günahı məndədir. Buna görə də getmək qərarına gəldim” - deyə Roy Hocson bildirib.

Qeyd edək ki, Hocson 2012-ci ildən İngiltərə millisini çalışdırırdı.
Baxılıb: 6571