Sosial
"PAŞA Həyat" ölən neftçilərin ailələrinə kompensasiya ödəyir
A
12:17 23.06.2016
"PAŞA Həyat" sığorta şirkəti Xəzər dənizindəki "Günəşli" yatağında baş vermiş yanğın nəticəsində ölən və itkin düşən neftçilərin ailələrinə kompensasiya ödənişinə başlayıb.

Bunu jurnalistlərə şirkətin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov deyib.

Onun sözlərinə görə, sığora şirkəti təqdim edilmiş sənədlər üzrə bir sıra ödənişlər edib: "Sığorta ödənişlərinin məbləği müxtəlifdir. Bizə təqdim edilmiş sənədlər üzrə 12-13 ödəniş etmişik. Bu istiqamətdə işlər davam etdiriləcək".

Qeyd edək ki, "Günəşli" yatağında yanğın dekabrın 4-də baş vermişdi. Hadisə nəticəsində 33 nəfər xilas edilib, 14 neftçinin cəsədi tapılıb, 16-sı isə tkin düşmüş hesab edilir.
Baxılıb: 24824