İdman
Rusiya millisinin Tuluza müsibəti - Uels və İngiltərə 1/8 Finalda
A
Rusiya millisinin Tuluza müsibəti - Uels və İngiltərə 1/8 Finalda
02:28 21.06.2016
“Avro-2016”nın qrup mərhələsində III turun oyunları davam edir. 

Bu gün B qrupunda daha iki qarşılaşma keçirilib.

Rusiya millisi Uelslə qarşılaşıb. Qonşu ölkənin yığması "Avro-2016"da mübarizəni davam etdirmək üçün hökmən qələbə qazanmalı idi.  Lakin rəqibinə 0:3 hesabı ilə uduzan Rusiya yığması qrupda qalıb. Uels millisi isə bu görüşdə qazandığı qələbə ilə xalını 6-ya yüksəldib və qrupu lider başa vurub. 

Qrupun digər oyununda İngiltərə və Slovakiya milliləri üz-üzə gəlib. Bu matçda qapılara qol vurulmayıb. Bu heç-heçə İngiltərəyə qrupdan çıxmaq şansı verib. İngilislər Uelsin ardından qrup ikincisi kimi 1/8 finala adlayıb. İngiltərə və Uelslə yanaşı qrup mərhələsini 4 xalla başa vuran Slovakiya yığması da 1/8 finala yüksəlib.  

Baxılıb: 7467