Şou
Ermənilər Aygünü əsir götürə bilərmiş: “Mühasirədən çıxdıq”
A
00:01 05.12.2014

 

“AzerFax” xəbər verir ki, müharibə dövründən danışan xalq artisti, tibb bacısı kimi xidmətlərindən söz açıb və belə bir maraqlı xatirə bölüşüb:  “Döyüşdə olmağımla bağlı heç vaxt ətraflı danışmamışam. Qızımın iki-üç yaşı var idi. Anam ağır xəstə idi, dəhşətli ağrıları başlamışdı. Qızımı onun yanında qoyub dedim ki, gedirəm döyüşə. Əsgər paltarını geyinib getdim. Döyüşçü dostlarımın çoxu dünyasını dəyişmişdi. Hətta bir dəfə başımıza dəhşətli hadisə də gəldi. Maşınla gedirdik. Mənə demirdilər, amma öz aralarındakı söhbətdən  anladım ki, mühasirəyə düşmüşük. Yol elə idi ki, geri qayıtmaq mümkün deyildi. Həmin an anam və qızım gözümün qabağına gəldi. Amma bir təsəllim var idi ki, qızımı dayənin yox, anamın yanında qoymuşdum. Dağlardan maraqlı, qəribə səslər gəlirdi. Əsgərlər dedi ki, burda qadın təkcə Aygündür, əsir düşsək, ilk onu öldürəcəyik. Azərbaycanlı bir xanımın erməniyə əsir düşməsi dəhşət idi. Amma birtəhər xilas olduq. Həmin vaxtlar çox cəsəd görmüşdüm. Hasarın başında gördüyüm kəsilmiş əsgər başı isə heç vaxt gözümün qabağından getməyəcək”.

Lalə

Baxılıb: 782