İqtisadiyyat
Neft, qızıl, dollar - MƏZƏNNƏ
A
Neft, qızıl, dollar - MƏZƏNNƏ
07:18 13.04.2016
Dünya birjalarında neftin qiymətində bahalaşma müşahidə olunur. Hazırda dünya bazarlarında “Brent” markalı neftin bir barelinin qiyməti 44.33 dollar təşkil edir.

“WTI” markalı neftin qiymətində də bahalaşma qeydə alınıb. “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 41.68 dollar müəyyən olunub.

Keçirilən ən son hərraclarda “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,75 dollar bahalaşaraq 43,47 dollar təşkil edib.

Əlvan metalların qiymətində cüzi bahalaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bir qədər bahalaşaraq 40,42 dollar olub. Platinin 1 qramı 32,07 dollar, palladiumun 1 qramı isə 17,56 dollar olub. Gümüşün qiyməti cüzi bahalaşma ilə 1 qram üçün 0,51 dollar müəyyənləşib.

AMB-dən verilən məlumata görə, 12.04.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5264 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində cüzi ucuzlaşma qeydə alınıb. Avro 1.7412 manat, Rusiya rublu isə cüzi bahalaşaraq 0.0228 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi bahalaşaraq 2.1742 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5395 AZN dəyərində müəyyənləşib.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 13.04.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5264 səviyyəsində müəyyən olunub.
Baxılıb: 11127