Mövqe
Rauf Rəcəbov: “Qulu Məhərəmmli ilə bağlı heç kimin bilmədiyi faktları açıqlayacağam"
A
Rauf Rəcəbov: “Qulu Məhərəmmli ilə bağlı heç kimin bilmədiyi faktları açıqlayacağam
22:27 01.04.2016
Bugünlərdə mətbuatda “Qulu Məhərrəmli iki jurnalisti məhkəməyə verib” başlığı ilə yazılar dərc edildi. 

Yazıda qeyd olunurdu ki, Qulu Məhərrəmli  iki jurnalisti - İlhamə Novruzova və Rauf Rəcəbovu məhkəməyə verib. Onun nümayəndəsi Nicat Gözəlovun sözlərinə görə həmin jurnalistlər mətbuatda Qulu Məhərrəmli haqqında yazılar yazıb. Qulu Məhərrəmli də hesab edir ki, həmin şəxslərin yazıları onun nüfuzuna ziyan vurur. İlhamə Novruzova ilə bağlı işə Nəsimi Rayon Məhkəməsində, Rauf Rəcəbovla bağlı işə isə Səbail Rayon Məhkəməsində baxılacaq.

İctimai Televiziya və Radio Yayımları şirkətinin “Carcifilm” Yaradıcılıq Birliyinin direktor müavini  Rauf Rəcəbov 7News.az-a açıqlamasında bu barədə məlumatı mətbuatdan eşitdiyni deyib: “Demokratik bir dövlətdə yaşayırıq, azad mətbuatın fəaliyyət göstərdiyi ölkəmizdə hər bir vətəndaşın fikir söyləmək haqqı var və hər kəsin də məhkəməyə müraciət etmək hüququ var. Hələlik məhkəmədən mənə hec bir rəsmi bildiriş gəlməyib. İttihamla tanış olandan sonra mən də qarşı tərəfə eyni üsulla cavab vermək hüququmu özümdə saxlayıram”.

Məhkəmədə Qulu Məhərəmmli ilə bağlı heç kimin bilmədiyi faktları açıqlayacağını deyən R.Rəcəbov sona qədər mübarizə aparacağını dedi: “Düşünürəm ki, Qulu Məhərrəmli mənə qarşı elədiyi nankorluq və haqsızlığa görə hələ də öz layiq olduğu cəzasını almayıb. Məhkəmədə mənim də ona çoxlu suallarım olacaq. Azərbaycan cəmiyyəti belə bir maskalanmış şər-şəbədə ustasının iç üzünü görəcək. Azərbaycan cəmiyyəti Qulu Məhərrəmlinin əsl simasını məhkəmədə görəcək”

7News.az
Baxılıb: 9420
Mövqe bölməsinin digər xəbərləri: