İdman
"Qalatasaray"ın yeni məşqçiləri bəlli oldu
A
07:53 16.03.2016
"Qalatasaray"ın baş məşqçi postuna Bülənt Qorxmazın gətirilməsi gözlənilir.  Əfsanəvi kapitanla 1,5 illik sözləşmə imzalana bilər.

Artıq Türkiyə mətbuatı Qorxmazın köməkçilərinin kim olacağını da yazıb. Belə ki, yeni işində gənc çalışdırıcıya "sarı-qırmızılar"ın sabiq futbolçuları Əmrə Aşık və Ərgün Pənbə yardım edəcək. Qapıçı məşqçisi isə Nezihi Boloğlu olacaq.

Əmrə Aşık hazırda Türkiyənin U-20 komandasında çalışır. Ancaq Bülənt Qorxmaz ölkənin futbol direktoru olan Fatih Terimə müraciət edərək, onun İstanbul təmsilçisində çalışmasına icazə alıb.

"Qalatasaray" klubu dünən Ankarada terror aktı zamanı həlak olan futbolçu Umut Bulutun atası Kamal Bulutun Kasyeridə dəfn mərasimində iştirak edib. "Qalatasaray" rəhbərliyi bu ağır gündə futbolçunu tək qoymamaq üçün tədqirəlayiq addım atıb. Bütün komandanın Kayseriyə yollanaraq dəfn mərasimində iştirak etməsinə qərar verilib.
Baxılıb: 6419