Şou
Xanım Qafarovanın vəziyyəti ağırdır
A
00:01 05.12.2014


"AzerFax"  xəbər verir ki, bunu aznews.az-a açıqlamasında əməkdar artist, Musiqili Teatrın aktrisası Xanım Qafarova bildirib. Onun sözlərinə görə, qan azlığı onun hərəkətsizliyinə səbəb olub: 

“Qanım çox aşağıdır. Necə gündür ki, həkimlər mənə dayanmadan qan köçürürlər. Amma kimyaterapiya prosesindəki şüalar qanımı yeyir. Bu üzdən də vurulan qanın mənə bir xeyri yoxdur. Özüm də hərəkət edə bilmirəm. Qoluma girməsələr, bir addım belə ata bilmərəm”.

Qeyd edək ki, Xanım Qafarova xərçəng xəstəliyindən əziyyət çəkir.
Baxılıb: 748