Mövqe
Ziyalı küçə uşaqlarına qoşulmamalıdır
A
Ziyalı küçə uşaqlarına qoşulmamalıdır
17:56 03.03.2016
Qaraguruhçular məhəllə savaşını küçə uşağı kimi yenə sosial şəbəkəyə çıxarıb. Əli Kərimlinin "Yurd" ictimai birliyi facebookda şəbəkələşmiş formada növbəti dəfə hədəf kimi REAL Hərəkatının İdarə Heyətinin üzvü, tanınmış iqtisadçı Natiq Cəfərlini seçiblər.

N.Cəfərlinin yazdığı fikirlər bir çoxlarında qıcıq yaratdı, tanınmış iqtisadçı haqqında sosial şəbəkədə bir qrup tərəfindən yaramaz sözlər yazıldı. Dəhşət burasındadır ki, bu uşaqlara tanınmış professor Nurəddin Məmmədli də qoşuldu. Sadəcə "Ayıbdır", deyib kifayətlənmək istəyirdim. Amma ürəyimdəki hisslər bu yazını yazmağa məni məcbur etdi.
Ölkəni idarə etməyə iddialı olan bir şəxsin bu cür davranışı xoşagəlməzdir. Ahıl vaxtınızda küçə səviyyəsində sosial şəbəkəni eybəcərliyə çevirən tərbiyəsizlərə qoşulub mübahisə edə-edə özünüzü niyə biabır edirsiniz?
Sizin ölkəmizə və gəncliyimizə töhvə vermək vaxtınızdır. Əsl ziyalı kimi davranmaqdansa, qaraguruhçuluqla məşğul olursunuz. 

 Azərbaycan demokratik ölkədir, hər kəs istədiyi peşəni, o cümlədən siyasi fəaliyyəti seçməkdə sərbəstdir. Ancaq məsələ burasındadır ki, "YURD" ictimai birliyi adlanan qurumda toplaşanlar şərləmə, aşağılama kampaniyası həyata keçirirlər. 
Ziyalı obyektiv olmağı bacarmırsa, o heç zaman yaxşı müəllim, alim, yazıçı da ola bilməz.

Ələddin Qarayev

Baxılıb: 19227
Mövqe bölməsinin digər xəbərləri: