Aktual
"Nazirin sahibkarlarla görüşü zamanı heç bir gərginlik olmayıb" - FHN etiraz etdi
A
20:54 16.02.2016
Bəzi kütləvi informasiya vasitələrində fövqəladə hallar naziri Kəmaləddin Heydərovun fevralın 16-da ölkəmizin inşaat sektorunda çalışan sahibkarlarla keçirdiyi görüş zamanı yanlış olaraq sahibkarlar tərəfindən qaldırılan məsələlər ətrafında gərginlik yaşandığı, nazirliyin vəzifəli əməkdaşları barədə tənqidi fikirlər səsləndiyi qeyd olunur.

Fövqəladə Hallar Nazirliyi bəyan edir ki, ölkə Prezidentinin tapşırığına uyğun olaraq bu gün nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində inşaat sektorunda çalışan sahibkarlarla keçirilən görüş zamanı heç bir gərginlik yaşanmayıb və ya hansısa vəzifəli şəxs barədə tənqidi fikir səslənməyib. Görüş qarşılıqlı diskusiya, sual-cavab və müzakirə formatında keçirilmişdir.

Bununla bağlı bir daha kütləvi informasiya vasitələrini diqqətli olmağa, auditoriya qazanmaq məqsədilə yanlış, böhtan xarakterli məlumatlar yaymamağa və yaranan hər hansı sualla bağlı nazirliyin Mətbuat xidməti ilə əlaqə yaratmağa çağırırıq.

Fövqəladə Hallar Nazirliyi Mətbuat xidməti

Baxılıb: 4846