Şou
"Mətanət kimdir ki, Röya haqqında fikir söyləsin" - ATV-nin aparıcısına cavab
A
00:01 05.12.2014

Bu sözləri “AzerFax” a açıqlamasında Röya Ayxanın prodüsseri Kənan Məmmədov ATV-nin aparıcısı Məranət Əliverdiyevanın Röya barədə fikirlərinə  münasibət bildirərkən deyib. O, eyni zamanda Röya Ayxanın uğur qazanmasında yaxşı  mahnıların rolu olmadığını da deyibi: “Röya bugün uğur qazanıbsa, bu, təkcə gözəl mahnılar sayəsində deyil. Eyni zamanda onun şanslı olması ilə də bağlıdır.”

Xatırladaq ki, Mətanət Əliverdiyeva aparıcısı olduğu “Gündəlik” verilişində Röya haqqında bu fikirləri söyləyib: “Röyanı Röya edən mahnıları oldu. O mahnıları da Nailə Mirməmmədli bəstələyib. Sözsüz ki, Röyanın gözəl səsi var, amma ona adi bir mahnını versələr, razılaşaq ki, Röya bu qədər populyar ola bilməzdi”.

Lalə Novruzlu

Baxılıb: 1458