İqtisadiyyat
Dollar düşdü, avro qalxdı - Yeni məzənnə
A
Dollar düşdü, avro qalxdı - Yeni məzənnə
10:40 04.02.2016
Manat möhkəmlənməkdə davam edir.  

Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 4-nə olan rəsmi məzənnəsində dolların qiyməti 1.5858 manat müəyyən olunub.

Avrozonanın vahid valyutası isə bahalaşıb və 1.7582 manat olub. Bahalaşma Rusiya rublunda da qeydə alınıb. Rubl 0,0199 manatdan 0.0206 manata yüksəlib. 

Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin dekabrın 21-dəki qərarı ilə üzən məzənnə rejiminə keçid edib. Bu qərar nəticəsində manatın məzənnəsi sürətlə ucuzlaşıb. 

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. 

Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.
Baxılıb: 9350