Siyasət
"Xalq kimlərinsə qurmaq istədiyi məkirli oyunları rədd edir" - Əli Həsənov
A
13:46 28.01.2016
"Əslində həmin “aksiyalarda” azsaylı insanlar iştirak edib və çoxu da müxalifət partiyalarının üzvləri və fəalları olub. İstisna deyil ki, bu “aksiyalara” devalvasiyanın psixoloji təsirinə məruz qalmış bəzi sadə insanlar da qoşulublar. Ancaq bunu xalqın “narazılığı”, “etirazı” kimi qələmə vermək yanlış və çox qüsurlu yanaşmadır. Çünki devalvasiyanın mənfi təzahürlərinin aradan qaldırılması üçün hökumətin dərhal həyata keçirdiyi genişmiqyaslı qabaqlayıcı tədbirlər geniş narahatlığa səbəb ola biləcək bütün ssenariləri istisna etdi".

"AZƏRFAKS" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC-a, Trend-ə və APA-ya veridiyi müsahibədə manatn ikinci devalvasiyasından sonrakı günlər ərzində müxtəlif rayonlarında keçirilmi. aksiyalara münasibət bildirərkən deyib. Ə.Həsənov əlavə edib ki, son 10 ildə Azərbaycanın əldə etdiyi uğurların dünyanın hər hansısa ölkəsində təkrar olnduğu inandırıcı deyil: "Bunu da bütün xalq görür, öz liderinə inandığını, onu dəstəklədiyini, mövcud inkişafı, sabitliyi, əmin-amanlığı, quruculuğu hər şeydən yüksək qiymətləndirdiyini və kimlərinsə qurmaq istədiyi məkirli oyunları rədd etməklə konkret mövqeyini açıq nümayiş etdirir”.

Baxılıb: 6530