Kitab
Nurçuluğu ifşa edən kitabın təqdimat mərasimi keçirilib
A
Nurçuluğu ifşa edən kitabın təqdimat  mərasimi keçirilib
12:41 24.01.2016
Yanvarın 23-də Bakıda araşdırmaçı jurnalist Cavid Cabbarlının "Gizli həqiqət. Nurçuluq və Səid Nursi gerçəkliyi" kitabının təqdimatı keçirildi.

"AZƏRFAKS" Bakuinfo.az-a istinadən xəbər verir ki, tədbirə ölkənin bir çox tanınmış ziyalıları, ictimai-siyasi xadimlər, jurnalistlər və s. qatılmışdılar.

Təqdimatı giriş sözü ilə şair və jurnalist Şəmşad Ağa açaraq, kitab haqqında iştirakçılara ümumi məlumat verdi. 

Çıxış edənlər gərgin zəhmət və uzun müddətli araşdırma nəticəsində ortaya çıxmış əsərin ictimai-siyasi əhəmiyyətini vurğulayaraq, belə bir kitabın Azərbaycan cəmiyyətinə bir töhfə olduğunu qeyd etdilər.

Bir-birindən maraqlı çıxışlarla yadda qalan kitab təqdimatı, polemikalar üçün də sanki bir meydana çevrildi.

Tədbirin diqqət çəkən məqamlarından biri də kitabda tənqid olunan məlum ideya tərəfdarına da fikrini demək üçün vaxt ayırılması idi.

İki saat müddətinə nəzərdə tutulmuş təqdimat mərasimi 3 saatdan da bir qədər artıq çəkdi.

Sonda müəllif kitablarını oxucular üçün imzaladı.
 
Qeyd edək ki, Cavid Cabbarlının "Gizli həqiqət. Nurçuluq və Səid Nursi gerçəkliyi" kitabında Nurçu hərəkatının yaranması, mahiyyəti, hədəfləri barədə söhbət açılır, hərəkatın banisi Səid Nursi, eyni zamanda "Hizmət" hərəkatının rəhbəri Fətullah Gülən haqqında bəhs edilir.

Baxılıb: 5731