Aktual
Nəcməddin Sadıkov NATO-da keçirilən görüşdə iştirak edib
A
Nəcməddin Sadıkov NATO-da keçirilən görüşdə iştirak edib
20:00 21.01.2016
Azərbaycan müdafiə nazirinin I müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Brüssel şəhərindəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Qətiyyətli dəstək" missiyasına töhfə verən qeyri-NATO ölkələrinin Baş Qərargah rəisləri ilə keçirilən görüşdə iştirak edib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, N. Sadıkov səfər çərçivəsində NATO Hərbi Komitəsinin sədri general Petr Pavellə, o cümlədən Gürcüstan, Ukrayna və Xorvatiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri ilə görüşlər keçirib.
Baxılıb: 6869