Şou
London “selfi” paytaxtıdır
A
00:01 05.12.2014

"AzerFax" məlumat verir ki,hazırda bütün dünyada çəkilən “selfi”lərin təxminən 14 faizi məhz Böyük Britaniyanın paytaxtında yaranır.
Londonda “selfi” çəkilişləri üçün ən populyar yerlər Biq-Ben, Tauer körpüsü, Bukinhem sarayı və “London Eye” müşahidə çarxı sayılır.
Reytinqdə Londondan sonrakı yerləri Nyu-York, Amsterdam, Barselona, Paris, Berlin, Roma, İstanbul və Afina şəhərləri tutur.
Selfi çəkilişləri üçün ən populyar yer isə İtaliyanın paytaxtı Romadakı Kolizeydir.
Xatırladaq ki, “selfi” insanların özləri tərəfindən və bir qayda olaraq smartfonla çəkdiyi avtofotoportretlərə deyilir.
Baxılıb: 683