Xəzərin Türkmənistan sektorunda tapılmış neftçilərin cəsədləri Bakıya gətirilib
A
Xəzərin Türkmənistan sektorunda tapılmış neftçilərin cəsədləri Bakıya gətirilib
11:55 05.01.2016
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha ikisinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib. 

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən "AZƏRFAKS"- a verilən məlumatda qeyd olunur.

Məlumat daxil olduqdan sonra cəsədlərin gətirilməsi üçün bu gün səhər Türkmənistana yola düşən FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi geri qayıdıb.

Neftçilər Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun nəşləri Vətənə gətirilmiş və aidiyyətı üzrə təhvil verilib.
Baxılıb: 2672