Aktual
Sumqayıtda da kənd təsərrüfatı və ərzaq məhsulları yarmarkası fəaliyyətə başladı
A
Sumqayıtda da kənd təsərrüfatı və ərzaq məhsulları yarmarkası fəaliyyətə başladı
12:30 30.12.2015
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar Sumqayıt şəhərinin əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi dekabrın 29-dan başlayaraq Sumqayıt şəhəri, Avtovağzalın ərazisində kənd təsərrüfatı məhsullarının əlavə, yeni satış yarmarkasını təşkil edib.

Kənd Təsərrüfatı Nazirliyindən "AZƏRFAKS"- a verilən məlumata görə, yarmarka mütəmadi və davamlı olaraq keçiriləcək.
Baxılıb: 24647