Şou
Pitt Mövlananın sözünü qoluna döydürdü
A
00:01 05.12.2014

"AzerFax" Türkiyə mətbuatına istiandən məlumat verir ki,yaxın vaxtlarda evlənməyi planlaşdıran Bred Pitt və Ancelina Coli cütlüyü hər zaman döymələri ilə diqqət mərkəzində olublar. Bu dəfə Pittin qoluna yazdırdığı döymə maraqla qarşılanıb. Belə ki, aktyor sağ qoluna ingiliscə Mövlana Cəlaləddin Ruminin "Doğru və yanlış bütün anlayışlardan yuxarıda bir yer var, səninlə orada görüşəcəyəm" sözlərini yazdırıb. 

Onun qolundakı bu döymə Nyu Orleanda qaldığı hotelin eyvanında həmkarlarından biri ilə qarşılıqlı top oynayarkən diqqət çəkib.

Qeyd edək ki, cütlüyün evlənmədən əvvəl fərqli döymələr etdirəcəkləri bildirilir.







Baxılıb: 773