Şou
Nisə Qasımovadan böyük jest
A
00:01 05.12.2014

"AzerFax" AzVision.az-a istiandən məlumat verir ki, xalq artisti Somaya 1000 manat yardım edib.

Nisə Qasımova bildirib ki, türk millətinin sevinci ilə sevinməli, kədəri ilə kədərlənməliyik: “Ancaq ağlamaqla iş bitmir. Kifayət qədər göz yaşı axıtdıq. Mən prezident təqaüdü alıram, bir aylıq maaşım ilə bu kampaniyaya qatıldım. Bilirəm ki, bu kiçik bir şeydir, ancaq əlimdən bu gəlir. Digər sənətçi dostlarımı da bu kampaniyaya qatılmağa dəvət edirəm”,-deyə N.Qasımova əlavə edib.


Qeyd edək ki, Türkiyədə baş verən mədəm faciəsi ilə əlaqədar Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən yardım kampaniyasına başlanıb. Kampaniya çərçivəsində 6157 AZN (7847 USD) məbləğində vəsait yığılıb.

Kampaniyaya Milli Məclisin bir neçə deputatı da qoşularaq Somaya yardım edib. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, millət vəkili Novruzəli Aslanov yardım fonduna 500 AZN, Eldar Quliyev 1000 AZN, Azay Orucov 1000 AZN, Tahir Rzayev 200 AZN, Arif Əşrəfov 200 AZN, Nazim Fərəcov 200 AZN, Qənirə Paşayeva 1200 AZN pul köçürüb.
Kampaniyada iştirak etmək istəyən şəxslər 493-84-81 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Baxılıb: 927