Gündəm
Azərbaycan Türkiyə-Rusiya münasibətlərində gərginliyin azalmasına töhfəsini verməyə hazırdır
A
Azərbaycan Türkiyə-Rusiya münasibətlərində gərginliyin azalmasına töhfəsini verməyə hazırdır
13:50 26.11.2015
Azərbaycan təəssüf edir ki, Türkiyə-Rusiya əlaqələri belə gərginləşib.

"AZƏRFAKS" xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter səhifəsində yazıb.

N.Məmmədov qeyd edib: "Türkiyə bizim ən yaxın müttəfiqimizdir, eləcə də Rusiya bizə çox yaxın dost ölkədir. Hər iki ölkə ilə Azərbaycanı tarixi əlaqələr bağlayır. Hər iki ölkə ilə əlaqələrimiz ən yüksək səviyyədədir. Azərbaycan çox istəyir ki, dostları arasında heç bir qarşıdurma olmasın. Azərbaycan gərginliyin azalması işində öz töhfəsini verməyə hazırdır".
Baxılıb: 2406