İdman
AFFA “Kəpəz”i cəzalandırıb
A
AFFA “Kəpəz”i cəzalandırıb
15:17 10.11.2015
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XII turunun oyunlarında yaşanan hadisələr müzakirə olunub.
 
Qırmızı vərəqənin qeydə alınmadığı turda yalnız bir klub cəzalanıb. AZAL-la görüşdə 4 oyunçusu sarı vərəqə alan “Kəpəz” 1000 manat cərimə olunub.
 
“İnter”lə matçda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan “Qəbələ”ni də eyni cərimə gözləsə də, bu baş verməyib. Belə ki, oyun dünən keçirildiyindən komitə bu matçla bağlı qərarı növbəti yığıncağında verməyi məqsədəuyğun sayıb.
Baxılıb: 5319