Hadisə
İlhamə Quliyeva hücuma məruz qaldı - Bakıda gecə davası - ÖZƏL
A
İlhamə Quliyeva hücuma məruz qaldı - Bakıda gecə davası - ÖZƏL
09:40 16.10.2015
Oktyabrın 16-ı, saat 02:00 radələrində xalq artisti, Şöhrət ordenli İlhamə Quliyeva qalmaqal yaşayıb.

"AZƏRFAX" xəbər verir ki, 8-ci mikrorayon ərazisində yerləşən Tenis Akademiyasının qarşısında xalq artisti və iki kişinin olduğu “Hyundai Sonata” markalı avtomobillə, içərisində iki xanım olan “Chevrolet” markalı avtomobil üz-üzə gəlib. 
İ.Quliyeva avtomobildən düşərək, xanımların ünvanına belə deyib: “Mən bunları tutdurmuşdum, indi çöldə nə gəzirlər?” Xalq artisti xanımların onu zəhərləmək istədiklərini bildirib. 

İttiham tərəflərindən biri - “Chvrolet”in sərnişini də İlhamə xanımın ona xəsarət yetirmək, bıçaqlatdırmaq istədiyini deyib. 
Qarşılıqlı ağır ittihamlarla müşahidə olunan mübahisə zamanı hər iki tərəf  “102” polis xidmətinə zəng edib. 
Məhz bundan sonra tərəflər hadisə yerindən uzaqlaşıblar. 

Qeyd edək ki, "AZƏRFAKS"ın əməkdaşı təsadüfən hadisənin şahidi olub.

Məsələni araşdırırıq.
Baxılıb: 2312