Hadisə
Çində tufan beş nəfərin ölümünə səbəb oldu
A
Çində tufan beş nəfərin ölümünə səbəb oldu
07:40 05.10.2015
Güclü tufan Çinin cənub bölgələrini təsirinə məruz qoyub. Bölgədə yaşayan on minlərlə insan evakuasiya edilib.

"AZƏRFAKS" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində ən azı beş nəfər həlak olub, 160-dan çox insan yaralanıb.

Çin Milli Meteorologiya Mərkəzindən bildirilib ki, saatda 180 km sürətli külək və güclü yağış gözlənilir.
Baxılıb: 2774