Mövqe
"Yerimə adam qoyub qayıtmşam" - Şeyxin qudası
A
12:44 18.09.2015
"Həcc ziyarətini yarımçıq qoymamışam. Ziyarətin əsas əməllərini yerinə yetirmişəm. Özümə orda naib tutmuşam.  Şəriətdə belə bir məqam var. Mən istəsəydim, buradan gedəndə özümlə hacı olan adamı naib apara bilərdim. Naib heç omasa bir-iki dəfə Həcc ziyarətində olan şəxs olmalıdır. Həccdə olan yaşlı insanlar imkanları varsa, bunu edə bilərlər. Şəriətdə var ki, sən öz yerinə naib tuta bilərsən. Həccin əməllərini etmişəm, qalanlarını da elətdirmişəm. Mən gördüm ki, burda mənim adımı bəzi məsələlərdə hallandırırlar. Qərara gəldim ki, Bakıda olum. Hansısa suallar yarananda hamısına özüm cavab verim. Camaatın hərəsi bir şayiə yayır. Bu şayiələrin qarşısını almaq üçün mən Ərəfatda dayanmaq üçün özümə naib tutub Bakıya geri qayıtdım. Heç bir problem yoxdur. Hər şey qaydasındadır".

"AZƏRFAKS" xəbər verir ki, bunu qafqazinfo-ya müsahibəsində Yeni Azərbaycan Partiyasının namizədliyindən imtina etdiyi deputat Qalib Salahzadə deyib. Onun sözlərinə görə, deputatlığa yenidən namizədliyini vermək üçün partiya ilə heç bir danışıq aparmır:
"Mən heç bir danışıq aparmıram. Partiya necə məsləhət bilibsə, mən də ona əməl etməliyəm. Mən partiyanın sözündən çıxan deyiləm. Özbaşına da namizədliyimi verməyəcəm. Mənim yaşım o yaş deyil ki, durum cavanlıq edim. Yenə hansısa məsləhətlər olsa, o başqa məsələ. Partiyanın əsgəriyəm, borcumdur ki, generalın əmrlərini icra edim".


Baxılıb: 4541
Mövqe bölməsinin digər xəbərləri: