Mövqe
Rövnəq Abdullayev: Bakı Ali Neft Məktəbinin statistikası böyük inkişaf statistikasıdır
A
Rövnəq Abdullayev: Bakı Ali Neft Məktəbinin statistikası böyük inkişaf statistikasıdır
12:01 15.09.2015
“Bakı Ali Neft Məktəbinin statistikası böyük inkişaf statistikasıdır”.

Ali məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən  "AZƏRFAKS"- a verilən məlumata görə, bu sözləri SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev Bakı Ali Neft Məktəbində (BANM) yeni tədris ilinin başlanması münasibətilə keçirilən təntənəli mərasimdə deyib.

O, bu ali məktəbin professor-müəllim heyətini və tələbələrini təbrik edib: “Bu gün bizim sıralarımıza 120 nəfər gələcək neftçi qoşulur. Doğrudan da, siz gənclər üçün bu həyatın bir önəmli dönüm nöqtəsidir. Sizə baxarkən özümün ilk dəfə tələbə kimi ali məktəbə gəlişimi xatırlayıram. Həyatda yeni böyük arzular, həyatda yeni addımlar haqqında düşünürdük, gələcək haqqında düşünürdük. Çox sevincli anlardır. Hər birinizi yüksək bal toplamağınız münasibətilə təbrik edirəm. Mən inanıram ki, siz bu ali məktəbin ənənələrini davam etdirib yüksəksəviyyəli bir neft mütəxəssisi olacaqsınız. BANM-in statistikası böyük inkişaf statistikasıdır. Bu gün biz deyə bilərik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bizim qarşımıza qoyulan vəzifələr - "biz neft kapitalını insan kapitalına çevirməliyik” vəzifəsi artıq yerinə yetirilir və siz gənclər Azərbaycanın gələcəyini quran mütəxəssislər kimi yetişəcək, gələcək inkişafımız üçün yüksək səviyyədə sənayemizi inkişaf etdirəcəksiniz. Biz buna inanırıq. Biz Bakı Ali Neft Məktəbinin kampusunun tikintisini davam etdiririk ki, ilin sonunda sizin sərəncamınıza verək. Bu da sizin yüksək təhsil almağınızla bərabər, regionda ən yüksək səviyyədə maddi-texniki təminatla təmin olunmuş ali məktəbdə oxumağınıza imkan verəcək və böyük imkanlar yaradacaq. Hamınızı təbrik edirəm, bütün müəllimləri təbrik edirəm. Belə bir nəticələrin olması müəllimlərin əməyidir və inanıram ki, bu, davam edəcək”.
Baxılıb: 2603
Mövqe bölməsinin digər xəbərləri: