Mövqe
Milli Məclisdən qərar: Avropa Parlamentinin Azərbaycana qara yaxması son dərəcə təhqiramiz xarakter alıb
A
Milli Məclisdən qərar: Avropa Parlamentinin Azərbaycana qara yaxması son dərəcə təhqiramiz xarakter alıb
15:44 14.09.2015
Azərbaycan Milli Məclisi Avropa Parlamentinin Azərbaycan haqqında qətnaməsi ilə bağlı qərar qəbul edib.

"AZƏRFAKS" xəbər verir ki, qərarda qeyd olunur ki, Avropa Parlamentinin qətnaməsi Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının son dərəcə təhqiramiz xarakter aldığını göstərir.

Qərarda o da bildirilir ki, Avropa Parlamenti ötən ilin sentyabr ayında yeni tərkibdə fəaliyyətə başlayandan onun rəhbərliyi üzündən Azərbaycanla əməkdaşlıq baş tutmayıb, Avropa Parlamentinin sədri deputatların Azərbaycana səfərlərinə qeyri-rəsmi qadağa qoyub.

Qeyd edilir ki, qətnamədə Azərbaycana qarşı irəli sürülən tələblər heç bir hüquqi əsasa malik deyil.
Baxılıb: 5243
Mövqe bölməsinin digər xəbərləri: