Siyasət
Daha iki AXCP üzvü Razi Nurullayevin tərəfinə keçdi - Bəyanat
A
Daha iki AXCP üzvü Razi Nurullayevin tərəfinə keçdi - Bəyanat
11:54 03.09.2015
Əli Kərimlinin AXCP-sində yarpaq tökümü davam edir. Bu gün daha iki cəbhəçi Razi Nurullayevi dəstəklədiyini bəyan edib.
 
"AZƏRFAKS"  cebhe.info-ya istinadən xəbər verir ki, AXCP Nərimanov rayon şöbəsinin məclis üzvü, dayaq dəstəsinin sədri Ələkbər Səfərov və Nərimanov rayon şöbəsinin üzvü Zaur Sadıqov Razi Nurullayevin sədrlik etdiyi Etimad Qurultayına Hazırlıq üzrə Təşkilat  Komitəsinə qoşulublar.  
Onlar bəyanatlarında Əli Kərimlinin partiya daxilində yaratdığı özbaşınalığa, yürütdüyü ədalətsiz siyasətə etiraz etdikləri üçün bu addımı atdıqlarını bildiriblər.



Baxılıb: 2689