İdman
I Avropa Oyunları çərçivəsində dördüncü samboçumuz medal şansını əldə edib
A
I Avropa Oyunları çərçivəsində dördüncü samboçumuz medal şansını əldə edib
06:43 22.06.2015
Bu gün Bakı-2015 I Avropa Oyunlarında sambo yarışları start götürüb.

"AZƏRFAKS" Trend-ə istinadən xəbər verir ki, bu mübarizədə 8 dəst medal oynanılacaq.

Həm kişilər, həm qadınlar 4 çəki dərəcəsində qüvvəsini sınayacaqlar.

Azərbaycan bu idman növündə 8 samboçu ilə təmsil olunur.

Kişilər arasında 57 kq çəki dərəcəsində Azərbaycan samboçusu İslam Qasımov 1/4 final görüşündə rumıniyalı Orlando Qruia ilə üz-üzə gələcək.

74 kq çəki dərəcəsində təmsilçimiz Amil Qasımov 1/4 finalda Tadey Cutuk (Sloveniya) – Kaxa Mamulaşvili (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.

90 kq çəki dərəcəsində Kənan Qasımovun 1/4 final mərhələsində rəqibi ukraynalı İvan Vasilçuk olacaq.

+100 kq çəki dərəcəsində isə Vasif Səfərbəyov 1/4 finalda Bayro Maşoviçlə (Makedoniya) üz-üzə gələcək.

Qadınlar arasında 52 kq çəki dərəcəsində ölkəmizi Nəzakət Xəlilova təmsil edəcək. O, ilk görüşünü 1/4 finalda Sodriana İoneskuya (Rumıniya) qarşı keçirəcək.

60 kq çəki dərəcəsində Şəhanə Hüseynova Yana Kostenko (Rusiya) - Şorena Şaradze (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.

64 kq çəkidə 1/4 finaldan mübarizəyə qoşulacaq Fəridə Qurbanova ilk görüşündə Moldova təmsilçisi Yekaterina Sretu ilə görüşəcək.

68 kq çəki dərəcəsində isə Nərminə Əlizadə yarımfinala yüksəlmək üçün Olqa Namazova (Belarus) ilə qarşılaşacaq.

XXX

Ermənistanı 57 kq-dək kişi samboçuların yarışında təmsil edən Tiqran Kirakosyan Rusiya idmançısı Aymergen Atkunov ilə qarşılaşıb. Rusiya idmançısı 4:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə əldə edib.

XXX

Bir samboçumuz yarımfinalda

Azərbaycan təmsilçilərindən hamıdan əvvəl döşək üzərinə 90 kq-dək samboçuların yarışında çıxış edən Kənan Qasımov çıxıb. O, 1/4 finalda Ukrayna təmsilçisi İvan Vasilçukla qarşılaşıb.

Rəqibinə nisbətən daha üstün güləşən samboçumuz 2:1 hesabı ilə döyüşdən qalib ayrılıb və yarışların yarımfinal mərhələsinə vəsiqə əldə edib.

XXX

Daha bir sambçumuz yarımfinalda

Azərbaycanı 57 kq-dək kişi samboçuların yarışında təmsil edən İslam Qasımov 1/4 finalda Rumıniya idmançısı Orlando Qruia ilə üz-üzə gəlib.

Rəqibinə göz açmağa imkan verməy imkan verəyən samboçumuz vaxtndan əvvəl 9:0 hesablı tam qələbə qazanaraq yarımfinala çıxıb.

XXX

Qadın samboçumuz da yarımfinalda

Qadın samboçularımızdan döşək üzərində mübarizəyə ilk olaraq 52 kq-dək idmançıların yarışında çıxış edən Nəzakət Xəlilova çıxıb. O, 1/4 finalda Rumıniya samboçusu Codrina İonesku ilə qarşılaşıb.

Rəqibinə nisbətən daha çox fənd tətbiq edən samboçumuz sonda 4:1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqəni təmin edib.

XXX

52 kq-dək qadın samboçuların yarışından Ermənistan təmsilçisi Sose Balayanyan Rusiya samboçusu Anna Xaritonova ilə üzləşib. Rusiya idmançısı ağrıdıcı fənd işlədərək rəqibinə vaxından əvvəl tam üstünlüklə qalib gələrək yarımfinala çıxıb.

XXX

Fəridə Qurbanova 64 kq-dək samboçuların yarışıda yarımfinala vəsiqə uğrunda Moldova idmançısı Ekaterina Kretu ilə qarşılaşıb. Təmsilçimiz gərgin keçən döyüşdə məğlub olub.

XXX

Dördüncü samboçumuz yarımfinalda

Ən ağır çəkili samboçuların yarışına (+100 kq) çıxış edən Vasif Səfərbəyov 1/4 finalda makednoniyalı Bajro Maşovikj ilə qarşılaşıb.

Samboçumuz rəqibinə heç bir şans vermədən vaxtından əvvəl 8:0 hesablı tam qələbə qazanaraq yarımfinala çıxıb. Vasif Səfərbəyovun yarımfinaldakı rəqibi Ukrayna təmsilçisi, erməni əsilli Razmik Tonoyanla üz-üzə gələcək.

XXX

60 kq-dək qadın samboçumuz Şahanə Hüseynova 1/4 finalda Rusiya idmançısı Yana Kostenko ilə üzləşib. Gərgin keçən görüşdə Şahanənin müqavimətinə baxmayraq, Rusiya təmsilçisi qalib gəlib.
Baxılıb: 9537