İdman
“Bakı-2015“: Bədii gimnastlar mübarizəyə başladı
A
“Bakı-2015“: Bədii gimnastlar mübarizəyə başladı
09:00 17.06.2015
"Bakı-2015" I Avropa Oyunlarında bədii gimnastika yarışlarına start verilib. 

"AZƏRFAKS"  xəbər verir ki, Milli Gimnastika Arenasındakı yarışların ilk günündə qrupların mübarizəsi keçiriləcək. 

Lent, gürzlər və həlqələrdə təsnifat mərhələsində mübarizə aparacaq gimnastlarımız çoxnövçülükdə qalibləri müəyyənləşdirəcək. 13 komandanın çıxış etdiyi yarışda Azərbaycan millisi də mübarizə aparır. 

Yığmamızın heyətində Səbinə Abbasova, Aynur Mustafayeva, Siyana Vasilyeva, Aleksandra Platonova və Diana Doman çıxış edəcək. Komandamız xalça üzərinə 8-ci çıxacaq.
Baxılıb: 3402