İdman
Azərbaycan Avropa Oyunlarında çimərlik voleybolunda ilk qələbəsini qazanıb
A
Azərbaycan Avropa Oyunlarında çimərlik voleybolunda ilk qələbəsini qazanıb
12:16 16.06.2015
Bu gün I Avropa Oyunları çərçivəsində çimərlik voleybolu üzrə yarışlarda azərbaycanlı idmançılar Yuliya Kərimova və Rakel Fereyra yarışlarda ilk qələbələrini qazanıblar.

"AZƏRFAKS" xəbər verir ki, onlar polşalı voleybolçulara 2-0 hesabı ( 21:18; 21:18) ilə qalib gəliblər.

H qrupunun digər matçında Çexiya Ukraynanı 2-0 hesabı ilə məğlub edib.

Hazırda A qrupunda görüşlər keçirilir. Burada Azərbaycanın digər cütlüyü Vivyen Kunya və Zinaida Lyubimova Danimarka voleybolçuları ilə qarşılaşır. Birinci setdə voleybolçularımız rəqiblərini 21:14 hesabı ilə məğlub ediblər.
Baxılıb: 6819