İdman
Birinci Avropa Oyunlarında taekvondoçuların mübarizəsinə start verilib
A
Birinci Avropa Oyunlarında taekvondoçuların mübarizəsinə start verilib
09:34 16.06.2015
 Bu gün “Bakı-2015” Birinci Avropa Oyunlarında taekvondoçuların mübarizəsinə start verilib.

"AZƏRFAKS" Apasport.az istinadən xəbər verir ki, ilk yarış günündə 2 çəki dərəcəsində mükafatçıların adına aydınlıq gələcək
 
Kişilər
58 kq
 
Bu çəkidə ölkəmizin idman şərəfini Məhəmməd Məmmədov qoruyur. Gənclər arasında Avropa çempionu ilk görüşündə israilli Gili Haimovitslə gücünü yoxlayıb. Yeniyetmələrin dünya birinciliyinin gümüş medalçısı qələbə qazanıb.
 
Haimovitsə 7:4 hesabı ilə qalib gələn həmyerlimiz 1/4 finalda ispaniyalı Xesus Tortosa Qabrera ilə qüvvəsini sınayacaq. Görüşün start fiti 15:15-də veriləcək.
 
 
Qadınlar
 
49 kq
 
Qadınlardan ibarət yığmamızın heyətində Oyunlara Patimat Abakarova start verib. İslam Həmrəyliyi Oyunlarının mükafatçısı rusiyalı Aleksandra Liçaqina ilə qarşılaşıb. Görüşə uğurla başlayan idmançımız sona kimi üstünlüyünü qoruyub və döyüşü inamlı qələbə ilə başa vurub – 7:1.
 
O, 1/4 finalda İoanna Kuotsou (Yunanıstan) ilə qarşılaşacaq. Görüş saat 15:30-da start götürəcək.
 
Qeyd edək ki, taekvondo yarışları 4 gün keçiriləcək və hər gün 2 dəst medal sahibini tapacaq.  

Baxılıb: 7550