İdman
Bu gün ilk Avropa Oyunları çərçivəsində yarışların beşinci günü start götürüb
A
Bu gün ilk Avropa Oyunları çərçivəsində yarışların beşinci günü start götürüb
08:36 16.06.2015
Bu gün ilk Avropa Oyunları çərçivəsində yarışların beşinci günü başlayıb.

"AZƏRFAKS" xəbər verir ki, bu gün oxatma, çimərlik voleybolu, boks, avarçəkmə, atıcılıq, sinxron üzgüçülük, stolüstü tennis, taekvondo, voleybol, su polosu və qadınlar arasında sərbəst güləş idman növləri üzrə yarışlar keçiriləcək.

İlk Avropa Oyunlarının beşinci günü bu idman növləri üzrə 21 dəst medal oynanılacaq: dörd - qadınlar arasında sərbəst güləş üzrə, beş - qadınlar arasında avarçəkmə, beş - kişilər arasında avarçəkmə, bir - kişilər arasında atıcılıq, iki - qadınlar arasında atıcılıq, iki - sinxron üzgüçülıük, bir - kişilər arasında taekvondo, bir - qadınlar arasında taekvondo.

Azərbaycan idmançıları bu gün keçiriləcək bütün idman növləri üzrə yarışacaqlar.
Baxılıb: 1981