İdman
"Avropa Oyunlarında qalib gələn karateçilərin mükafatlandırma mərasimində iştirak edib" - Prezident
A
17:38 13.06.2015
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Oyunlarında 60 kiloqram çəki dərəcəsində qalib gələn karateçilərin mükafatlandırma mərasimində iştirak edib.

"AZƏRFAKS" xəbər verir ki, bu çəki dərəcəsində qızıl medalı azərbaycanlı karateçi Firdovsi Fərzəliyev qazanıb.

Qeyd edəlk ki, 60 kq çəkidə Azərbaycanlı karateçi Firdovsi Fərzəliyev Bakı-2015 Birinci Avropa Oyunları çərçivəsində final mərhələsində İtaliyadan olan idmançı Luka Mareska ilə qarşılaşıb. İdmançımız 4:0 hesabı ilə qalib gəldi. Bununla da Azərbaycan yarışın ikinci günündə ilk qızıl medalını qazandı.
Baxılıb: 8567